Cerablus küçələrindən – FOTObackend

Cerablus küçələrindən – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhlükəsizlik bərpa olunduqdan və rayonda nəzarət gücləndirildikdən sonra Cerablusda həyat yavaş-yavaş normallaşmağa başlayıb.
Bəzi iş yerlərinin yenidən xidmət göstərməyə başladığı bölgədə xalq yenidən küçələrə çıxıb.
Xüsusilə uşaqlar küçələrdə sevimli oyunlarını oynayır, mağaza sahibləri yenidən işlərinə başlayıb.

Adının açıqlanmasını istəməyən bir mağaza sahibi verdiyi açıqlamada yeni pəncərələrini açmaqdan məmnunluq duyduğunu dilə gətirib.
Çətin dövrlərdən keçdiklərini bildirən mağaza sahibləri Suriya Ordusunun onları İŞİD-in əlindən xilas etdiyini deyiblər.
Terror təşkilatı İŞİD üzvlərinin ondan \”zəkat\” adı altında pul almağa çalışdığını deyən mağaza sahibləri azadlıqlarını yenidən qazandıqları üçün xoşbəxt olduqlarını bildiriblər.

Elektron avadanlıq satan başqa bir mağaza sahibi isə terror təşkilatı İŞİD-in geri çəkilməsinin ardından iş yerini yeni açdığını bildirib. Təkrar dükanını istifadə etməkdən duyduğu məmnuniyyəti dilə gətirən mağaza sahibi, həyatın ən qısa müddətdə normal hala düşməsi üçün dua etdiyini deyib.
Ceralbusda bəzi bərbərlər də iş yerlərini açaraq vətəndaşa xidmət etməyə başlayıb.
Qeyd edək ki, Suriyanın şimalında terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatlar davam edir. (moderator.az)

Cerablus küçələrindən - FOTO

Cerablus küçələrindən - FOTO

Cerablus küçələrindən - FOTO

Cerablus küçələrindən - FOTO

Cerablus küçələrindən - FOTO

Cerablus küçələrindən - FOTO

İnterpress.az