Virtualaz.org xəbər verir ki, haker qrupu informasiyaların bir qismini sosial şəbəkələrdəki hesabından yayıb. Bunların arasında Ermənistan xüsusi xidmət orqanlarının Türkiyədəki agentlərinin pasport məlumatları da yer alır.
Casuslardan biri Hazal l.-nın Türkiyənin nüfuzlu universitetlərindən birində oxuduğu və Ermənistan kəşfiyyatına Türkiyədə baş verənlər haqda informasiyalar ötürdüyü bildirilir. Habelə Ermənistana işləyən casusların kürd partiyası HDP-nin mitinqlərində çəkilmiş fotoları da Milli Təhlükəsizlik Xidmətinin məlumat bazasından çıxıb. Hakerlər Ermənistan kəşfiyyatının Türkiyədəki onlarla agentinin barəsində məlumatları ələ keçirdiyini bildirir.
İnterpress.az