İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 500 m2 olan ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşlara məxsus ümumi sahəsi 120 m2 olan 3 mənzil yanıb.
Qalan mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az