Gədəbəydə yaşayış evi yanıbbackend

Gədəbəydə yaşayış evi yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Gədəbəy rayonu, Çiçəkli kəndində vətəndaşa məxsus ümumi sahəsi 208 m2 olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyü, 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları, ev əşyaları 104 m2 sahədə və bitişik yerləşən ümumi sahəsi 40 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 4 m2sahədə yanıb.

Evin və tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İnterpress.az