Bu barədə “Fərqanə” agentliyi Daşkənddəki mənbələrə istinadən məlumat yayıb.
Agentlik İ. Kərimovun Daşkənddəki iqamətgahının milis və xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən üçqat əhatəyə alındığını yazıb. Daşkəndə xaricdən prezidentin xəstəliyi barədə məlumatlı olan həkimlər gəliblər.
Ancaq hələ ki, bu məlumat rəsmən təsdiqlənməyib. (apa)
İnterpress.az