Bunu sözügedən şəxsin vəkili Karen Nersesyan jurnalistlərə açıqlamasında deyib.
Vəkil Mironovun konkret olaraq nədə təqsirləndirildiyini bilmədiyini vurğulayıb:
“Rusiya vətəndaşının saxlanılması hüququ aspektlə yanaşı, özündə siyasi çalarları da ehtiva edir. ABŞ-Ermənistan arasında imzalanan qarşılıqlı razılaşmaya görə, günahkar şəxs ekstradisiya edilməlidir. Lakin rəsmi Vaşinqton konkret dəlillər təqdim etmədiyi üçün qərar lehimizə dəyişir”.
Qeyd edək ki, dünən İrəvanda ABŞ-ın sorğusu əsasında Rusiya vətəndaşı Sergey Mironov saxlanılıb.
O, 50 min dollar məbləğində “çirkli pulların yuyulmasında” və texnologiyaların ötürülməsində şübhəli bilinir. (musavat)
İnterpress.az