Maştağa sakininin 9 min manatı oğurlandıbackend

Maştağa sakininin 9 min manatı oğurlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Hümbət Hümbətovun evindən 9100 manat pul oğurlanıb. O, evindən baş verən oğurluq hadisəsi ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinə müraciət edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Sahil Mahmudov tutulub. Oğurluq hadisəsinin daha bir iştirakçısı isə müəyyən edilib. Hazırda onun tutulması üçün tədbirlər görülür.

Faktla bağlı cinayət işi başlanıb. (teleqraf.com)

İnterpress.az