Moskvada azərbaycanlıların obyektləri sökülürbackend

Moskvada azərbaycanlıların obyektləri sökülür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxt meriyasının müvafiq qərarı ilə metro stansiyaları ətrafında gediş-gəlişə maneə olan bütün qeyri-qanuni tikililər sökülüb.

Paytaxtda ümumilikdə 107 qanunsuz tikilinin söküntüsünə sanksiya verilib. Həmin obyektlərdə əsasən gül-çiçək və ərzaq dükanları, aptek, telefon və rabitə salonları, kafe, avtoyuyucu xidmətləri yerləşib. İri ticarət mərkəzlərindən biri, “Elektrozavodskaya” metrosu yaxınlığında yerləşən “Elektron” ticarət mərkəzi də sökülən obyektlərin siyahısına salınıb.

V. Əliyev ümumilikdə metro stansiyaları ətrafında yerləşən obyektlərin əksəriyyətinin əsasən Orta Asiya ölkələri və Ermənistan vətəndaşlarına məxsus olduğunu söyləyib: “Metro ətrafındakı kiçik ticarət çadırları ermənilər, özbəklər və qırğızlara məxsusdur”.

Meriyanın daşınmaz əmlak üzrə dövlət müfəttişliyinin sədri Sergey Şoqurov sökülən obyektlərin yerində yenilərinin tikilməsinin planlaşdırılmadığını söyləyib. O, iki ay əvvəl obyekt sahiblərinə söküntü işlərinin aparılacağı ilə bağlı xəbərdarlıq edildiyini də bildirib.

Qeyd edək ki, avqustun 28-də gecə saatlarında Moskvanın “Krapotkinskaya”, “Ulitsa 1905 qoda” “Dmitrovskoye”, “Şolkovskoye”, “Vıxino”, “Pervomayskaya”, “Yujnaya”, “Naqatinskaya” və “Ulitsa Akademika Yangelya” metro stansiyaları ətrafında bütün qanunsuz tikilələrin sökülməsinə başlanılıb.(apa)

Moskvada azərbaycanlıların obyektləri sökülür

Moskvada azərbaycanlıların obyektləri sökülür

İnterpress.az