Hindistana gələn türistlərə ətək geyinməyə qadağa qoyuldubackend

Hindistana gələn türistlərə ətək geyinməyə qadağa qoyuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, qadağa ilə bağlı nazir Maxeş Şarma açıqlamağa verib:
“Xarici turistlər hava limanından gəldiyi zaman ona siyahı verilir. Siyahıda o Hindistanda qaldığı müddəttə “Olar” və “olmaz” –larla tanış olur. Məsələn, gecə vaxtı tək gəzmək və ya ətək geyinmək olmaz kimi qaydalara riayyət etməlidir. Bundan əlavə o sifariş etdiyi avtomobilin nömrəsinin fotosunu mütləq çəkib dostlarına paylaşmalıdır. Bu qayda Hindistanda təcavüz hallarının artması ilə gündəmə gəlib.
Milli büronun qeydiyyatında hal-hazırda ölkədə cinsi zorakılıqlara hər gün 93 nəfər qadın məruz qaldığı bildirilir. Qurbanların arasında nəinki yerli sakinlər, həm də digər ölkələrdən gələn turist-qadınların adları var. Belə ki, 2016 –cı ilin dekabr ayında Coti Sinq adlı qıza qrup şəklində təcavüz olunmuşdu. Bu hadisədən sonra ölkəni etiraz dalğası bürüdü, aksiya iştirakçılarının edam cəzasını gündəmə gətirmək kimi tələbləri irəli sürüldü. Bundan əlavə, ölkədə “Uber” taksi xidməti ləqv edildi. Qeyd edim ki, sürücü, turist qadına avtomobildə amansızcasına təcavüz etmişdir”- deyə nazir söyləyib.

Lakin Hindistanda hər kəs təcavüz edən cinayətkarın edam olunması ilə razılaşmır. Məsələn Sosialist partiyasının rəhbəri Sing Yadav və partiya üzvü Əbu Asim Əzminin tələblərinə görə təcavüzdə iştirak edən”qurbanlarda” edam olunmalıdır.

İnterpress.az