Göyçayın yeganə qadın sahibkarına AZƏRSU-dan Cavabbackend

Göyçayın yeganə qadın sahibkarına AZƏRSU-dan Cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçaylı sahibkar Minayə Mayılova ona məxsus 14 sot ərazidə 2008-ci ildə su anbarının tikildiyini və həmin torpağa görə ödənilən 2430 manat kompensasiyanın azlığından şikayət edərək bu işlərdə \”Azərsu\” ASC-ni günahlandırır. M.Mayılovanın bu gün bəzi saytlarda yayımlanmış şikayətinə cavab olaraq bildirirk ki, həmin ərazi dövlət ehtiyacları üçün alınır və onun dəyəri büdcə vəsaiti hesabına kompensasiya olunur:

Bunu İnterpress.az \”Azərsu\” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

\” 2430 manat kompensasiyanı müstəqil qiymətləndirmə şirkəti real bazar qiymətlərinə əsaslanaraq müəyyən edib. Başqa sözlə \”Azərsu\” ASC nə qiymət qoyur, nə də vəsait ödəyir\”.

Qeyd edək ki, 2430 manata hətta 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi almaq olar.

GülşanəMustafayeva

İnterpress.az