Yerevan məhkəməsi ABŞ-nin xahişindən imtina etdibackend

Yerevan məhkəməsi ABŞ-nin xahişindən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu gün Mironov məhkəmədən azad olunub, o, Rusiya diplomatı və hüquqşünasın müşayiəti ilə ədliyyəni tərk edib.
Eyni zamanda, Rusiya-Ermənistan Assosiasiyasının \”ArmRos\” sədri Ruben Kirakosyan sözlərinə görə, Mironovun ekstradisiyası hələ sual altındadır və bu məsələ 40 gün ərzində həll olunacaq.
“Mironov azadlıqda olacaq, amma ölkəni tərk edə bilməyəcək” – Kirakosyan bildirib.
Xatırladaq ki, Mironov ABŞ-nin xahişi ilə Ermənistanda saxlanılıb. O, çirkli pulların yuyulması və hərbi texnologiyanın sirlərini qeyri-qanuni yollarla ötürülməsində ittiham olunur.
Məhbusun vəkili Karen Nersisyan, öz növbəsində, bildirib ki, ilk dəfə Mironovla məhkəmə zalında rastlaşıblar.
Yeri gəlmişkən Rusiya İctimai Palatası Mironovun həbsini \”beynəlxalq standartların pozulması” kimi qələmə veriblər.

İnterpress.az