Bunu xarici işlər naziri Elmar Məmmədyarov üzvü olduğu AFFA İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlər üçün keçirilən brifinqdə deyib.
\”Problem yoxdur. Problem olsa, AFFA vasitəsilə bizə müraciət edin, hərtərəfli kömək edərik\”, – deyə nazir \”Qarabağ\” və \”Qəbələ\”nin Avroliqanın qrup mərhələsinə çıxması səbəbindən səfər oyunlarına yollanacaq idman jurnalistləri üçün viza məsələsinin sadələşdirilməsinin mümkün olub-olmaması ilə bağlı suala cavab verərkən bildirib.
İnterpress.az