Marneulidə toyda kütləvi zəhərlənmə baş veribbackend

Marneulidə toyda kütləvi zəhərlənmə baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Marneuliyə təcili olaraq Tbilisi və yaxın rayonların xəstəxanalarından həkimlər cəlb olunub. Tibbi yardım üçün müraciət edənlərə müvafiq yardım göstərilir. Hazırda Marneuli xəstəxanasına 100-dək zəhərlənən xəstə yerləşdirilib.

Hadisə yerinə Kvemo Kartli qubernatoru Paata Xizanaşvili və Marneuli bələdiyyəsinin sədri Nəbi Abdullayev gəliblər.

Kütləvi zəhərlənmənin səbəbi barədə hələlik məlumat verilmir. Faktla bağlı araşdırma aparılır. (apa)

İnterpress.az