“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanununa əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilib.
Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3 825 manat, sədrin birinci müavini 4 050 manat, sıravi deputatlar isə 3 150 manat müavinət alırlar.
Xatırladaq ki, qanunverici orqanın üzvləri tətilə iyulun 15-də çıxmışdılar.
Qeyd edək ki, Milli Məclisin payız sessiyasının sentyabrın 30-da başlayacağı gözlənilir.
İnterpress.az