Təyyarədə sərnişin qapını açmağa cəhd göstərdibackend

Təyyarədə sərnişin qapını açmağa cəhd göstərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ABŞ-nin “Alaska Airlines” çirkətinə məxsus təyyarədə həyəcanlı anlar yaşanıb.
Əsəbi sərnişin təyyarənin qapısı açmağa cəhd göstərib. Bu səbəbdən təyyarə enmək məcburiyyətində qalıb. Qeyd olunur ki, 20 yaşında olan oğlan, təyyarə havaya qalxmadan əvvəl özünü qeyri-adi aparırmış.
O, çantasından əsəbi halda nəsə axtarırmış. Qonşu oturacaqda oturan xanımın dediklərinə görə o həb qəbul edib yuxuya gedir. Bir qədər keçdikdən sonra o həyacanla oyanıb təyyarınin qapısı açmağa çalışıb.
Sərnişinlər oğlanı sakitləşdirməyə çalışıblar. Təyyarə endikdən sonra oğlanı polis bölməsinə ifadə vermək üçün aparıblar.
“Alaska Airlines” şirkətindən xəbər verilib ki, uçuş zamanı təyyarənin qapısının açılması mümkün deyildi.
Hal-hazırda oğlan xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı polis araşdırma aparır.

İnterpress.az