Milli məcslisin yeni mövsümündə siqaretin ictimai yerlərdə çəkilməsinin qadağan olunması və turizm haqqında qanunun təkmiləşdirilməsi və qərarın verilməsi gündəmdə olacaq.
Bunu İnterpress.az-a Milli Məclisin Əmək və Əhalinin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli deyib.
Komitə sədri uşaqların yay məktəbinin təşkil olunmasında maliyyənin kimlər və ya hansı qrumlar tərəfindən ayrılmasına aydınlıq gətirib:
“Əvvəla Təhsil Nazirliyi burada əlaqələndirci qrum olacaq. Maliyyə məsələsinə gəldikdə isə bunu nazirlik yox, digər qrumlar – məsələn, Yeni Azərbaycan Partiyası, SOCAR, hansısa xeyriyəçilər edəcək. Valideynlər özləri bu mövzuda maraqlıdırlar, yalvarırlar ki, pullarını əlaqələndirci qrumlara versinlər ki, övaldları yay məkətbinə qoşulub istirahət edə bilsinlər”, – deyə komitə sədri fikrini yekunlaşdırıb.
GülşanəMustafayeva
İnterpress.az