Tarif cədvəllərindən belə görünür ki, ödənişli təşviqat üçün ən bahalı efiri \”Xəzər\” Televiziyası müəyyənləşdirib.
İctimai Televiziyada (İTV) hər təşviqat müddəti 5 dəqiqə (günün müxtəlif vaxtlarında 3 və ya 4 dəqiqə də ola bilər) olmaqla efirin saniyəsi üçün tarif 20 AZN-dən 50 AZN-dək müəyyən edilib. İctimai Radioda isə hər təşviqat müddəti 4 dəqiqə olmaqla efir saniyəsinin tarifi 7 AZN-dən 25 AZN-dək müəyyənləşdirilib.
Qeyd edək ki, referendumqabağı təşviqatın aparılmasına sentyabrın 3-də başlanılacaq və sentyabrın 25-i saat 8.00-da dayandırılacaq. Mərkəzi Seçki Komissiyyası üç – \”Yeni Azərbaycan\”, \”Bələdiyyə\” və Vətəndaş Cəmiyyəti\” təşviqat qruplarını qeydə alıb.
\”Lider\” TV, Azad Azərbaycan Televiziyası, \”Xəzər\” TV də ödənişli efir vaxtının qiymətini açıqlayıb. Qiymətlərlə aşağıdakı cədvəllərdən tanış olmaq mümkündür.
İnterpress.az