Bu barədə “Frans-Press” agentliyinə Pentaqonun sözçüsü məlumat verib.
“Tərəflər arasında atəşkəs elan olunması və bütün qüvvələrin İŞİD-lə mübarizəyə səfərbər edilməsi barədə razılığa dair təsdiqlənmiş məlumat almışıq. Bu müvəqqəti, bir neçə günlük razılıqdır. Lakin biz çox istərdik ki, bu atəşkəs daimi olsun”, – deyə ABŞ hərbi nümayəndəsi bildirib.
Xatırladaq ki, ABŞ rəsmiləri daha əvvəl Türkiyənin Suriyadakı kürd silahlılarına zərbə endirməsini pisləyir və əsas diqqəti İŞİD-ə qarşı cəmləşdirməyə çağırırdı. ( oxu.az )
İnterpress.az