Milyonçu 13-cü dəfə evləndibackend

Milyonçu 13-cü dəfə evləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərasim ötən həftənin istirahət günləri Avropa ölkələrindən birində baş tutub. Toy ciddi keçib – yalnız dostlar və yaxınlar iştirak edib, amma olduqca dəbdəbəli olub.

Dmitri Yakubovski həmişə qadınlara və toy şənliklərinə sevgisi ilə fərqlənib. Biznesmen ilk dəfə 21 yaşı olanda nikaha girib. Sevgililər bir yerdə işləyiblər, roman birdən başlayıb, ehtiras baş qaldıranda Dmitri və Larisa bir-birinə “ZAQS”a getmək lazım olduğunu deyiblər. Doğrudur, bal ayında cavanlar başa düşüblər ki, yanılıblar. Odur ki, iki ay sonra ayrılıblar, sonradan nikahı da pozublar. Təsdiqlənməmiş məlumata görə, məhz bu ayrılıq səbəbindən Dmitri yeni iş axtarmaq məcburiyyətində qalıb – gələcək milyonçu iş yerinin pilləkənlərində keçmiş arvadı ilə bir daha qarşılaşmaq istəmir.

Dmitri Larisadan sonra qadınları sevib və dəfələrlə peşman olub. Ancaq hər arvadından dostcasına ayrılmaöa cəhd edib, onlara iri məbləğdə pul kompensasiya ödəyib, bahalı avtomobil, yaxta və daşınmaz əmlak saxlayıb.

İnterpress.az