Rza Zərrab hakimdən imtina tələbi etdibackend

Rza Zərrab hakimdən imtina tələbi etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə KİV-nə istinadlə xəbər verir ki, Zarrabın vəkilləri rəddin səbəbin belə izah edib:

“Hakim Richard Bermanın 2014-cü ildə Türkiyəyə səfəri əsnasında müvəkillərin əleyhinə şərhrlər edib. Buna görə də görüşü dayandırdıq”.

Rza Zarrabın hakimdən imtina etmə ərizəsində iki il əvvəl İstanbula gələn Riçard Bermanın 17-25 dekabr hadisələrindən sonra prokurorların vəzifədən azad edilməsini tənqid edən, “Oyunun ortasında qaydaları dəyişdirə bilməzsiniz” dediyi ifadələri yazılıb. Ərizədə həmçinin Bermanın \”Türkiyədə qanunun aliliyi təhlükə altındadır\” dediyi də ərizədə yazılıb.

17 – 25 dekabr hadisələri zamanı Türkiyədə həbs edilən Rza Zarrab, “Hökumət rəsmilərinə rüşvət verməkdə” günahlandırılıb. Daha sonra haqqındakı bütün ittihamları geri alınıb və Zərrab sərbəst buraxılıb.

Rza Zarrabın vəkillərinin ərizəsində həmçinin hakim Richard Bermanın 2014-cü ildə Türkiyədə iştirak etdiyi iclasın təşkilatçılarından olan bəzi vəkillərin 15 İyul çevriliş cəhdinə görə nəzarətə alındığı da bildirilib.

Qeyd edək ki, Rza Zarrab daha əvvəl 50 milyon dollar müqabilində girov qoyaraq həbs qəti imkan tədbiri olmadan mühakimə edilməməsini istəyib. Ancaq Berman bu tələbi rədd edib.

İnterpress.az