Türkiyədə seçkilərin vaxtı dəyişdirilə bilərbackend

Türkiyədə seçkilərin vaxtı dəyişdirilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici KİV xəbər verir ki, AKP-nin baş katibi Əbdülhəmid Gül, CHP-nin sədr müavini Bülənt Tezcan və MHP-li Deputat Mehmet Parsakdan ibarət olan Konstitusiya
Uzlaşma Komissiyasının üzvləri bir araya gələcəklər.

İclasda partiyaların səlahiyyətli komissiyalarına təqdim olunan və təsdiq olunan dəyişikliklər müzakirə ediləcək. İclasda ən mühüm mövzulardan birini seçkilərin vaxtının müəyyənləşdirilməsi məsələsi təşkil edir. AKP müxalifətə 2019-cu ildə keçiriləcək üç seçkini üç ilə yaymağı təklif edir.

Təklif qəbul olunduğu halda:

2019-cu ilin martında keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri 7 ay sonra, 2019-ci ilin oktyabr ayında,
2019-ci ilin avqust ayında keçiriləcək prezident seçkisi, 3 aylıq təxirə salınmaqla 2019-ci ilin oktyabr ayında olacaq.
Parlament seçkiləri isə 4 il əvəzinə 5 ildən bir keçiriləcək. Beləliklə 2019-cu ilin noyabrında nəzərdə tutulan parlament seçkiləri 2020-ci ilin oktyabrında keçiriləcək.

Qeyd edək ki, müxalifət partiyaları da bu təklifə etiraz etmir.(modern)

İnterpress.az