Zərrab vəkilləri vasitəsiylə növbəti məhkəmə prosesinə təxminən 1 həftə qalmış hakimin dəyişdirilməsi ilə bağlı vəsatət verib. Prokuror Prit Bharara isə hakim Riçard Bermana ərizəyə qısa müddət ərzində cavab verəcəyini bildirib. Vəziyyəti dəyərləndirən hakim prokurorun Zərrabın ərizəsinə sentyabrın 14-nə qədər cavab verə biləcəyinə dair qərar verib.
İş adamının vəkilləri də prokurorun məhkəməyə təqdim edəcəyi ərizəyə ən geci sentyabrın 21-nə qədər cavab verməlidir.
Baş verən situasiyalardan sonra hakim R. Berman sentyabrın 6-da keçirilməsi nəzərdə tutulan məhkəmə prosesini təxirə salıb. (qafqazinfo)
İnterpress.az