Modern.az xarici KİV-nə istinadən xəbər verir ki, içində üç nəfər olan “Cessna 208 Caravan” tipli təyyarə ilə bağlantının kəsilməsinin ardından Alyaska Beynəlxalq mühafizləri bölgədə axtarışa başlayıb.
Eyni dəqiqələrdə içərisində 2 nəfərin olduğu “Piper PA-18 Super Cub” tipli təyyarə ilə də əlaqənin kəsilməsindən sonra bu təyyarələrin toqquşması ehtimalını önə çıxardı.
Toqquşan təyyarələrin qalıqları Bethel şəhərinin 100 km şimalında tapıldı. Hadisə yerində aparılan ekspertizada təyyarələrdə olan 5 nəfərin öldüyü bəlli olub.
İnterpress.az