İki avtomobilin toqquşması 6 nəfəri həyatından edib.– VİDEObackend

İki avtomobilin toqquşması 6 nəfəri həyatından edib.– VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə Bakı-Quba magistral avtomobil yolunun 40-cı km-də ağır yol qəzası baş verib.

Sumqayıtın H.Z.Tağıyev qəsəbəsi ərazisində Abşeron rayon sakini Elyar Bayramovun idarə etdiyi “Volkswagen” və Tovuz rayon sakini Elnur Məmmədovun idarə etdiyi “VAZ-21102” markalı avtomobillər toqquşub.

Hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Qəza zamanı hər avtomobildə üç nəfər olmaqla ümumilikdə 6 nəfər dünyasını dəyişib.
Onların sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. (region tv)

İnterpress.az