Avtobuslar “Bakı kart” sisteminə keçdi – FOTObackend

Avtobuslar “Bakı kart” sisteminə keçdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan 18, 61, 65, 79, 85 və 96 saylı marşrut xətlərində elektron ödəniş sistemi -“Bakı Kart” sisteminə keçilib. K Group və Türkiyənin Kent Kart şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində I mərhələdə 117 avtobusa kart oxuyan cihazlar-validatorlar quraşdırılıb, sürücü və dispetçerlər müvafiq təlimlərdən keçirilib, şirkətin inzibati binasında xüsusi monitorinq mərkəzi qurulub.

Layihənin ərsəyə gəlməsində Bakı Nəqliyyat Agentliyinin (BNA) xüsusi dəstəyini qeyd edən şirkətin rəhbəri Faiq Seyidov həmçinin K Ggroup və Kent Kart şirkətinə təşəkkürünü bildirib. Geniş məlumat bazasına malik olan sistem sayəsində avtobusların hərəkət istiqaməti, onların hərəkət sürəti, hər bir dayanacaq üzrə və ümumiyyətlə gün ərzində avtobuslardan istifadə edən sərnişinlərin sayı barədə ətraflı məlumatlar əldə etmək mümkün olacaq, deyə F. Seyidov qeyd edib: “Məlumat verildiyi kimi, sentyabrın 1-dən “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan avtobus xətləri kart sistemine keçir. Bu haqda bir ay öncədən sərnişinlərimizə məlumat vermişik. Bütün istiqamətlər üzrə kartdoldurma məntəqələri qoyulub. Altı marşrut xətti üzrə sərnişinlərə “Bakı kart” sistemində xidmət göstəriləcək. Mərhələli şəkildə yaxın vaxtlarda şirkətin istismarında olan digər marşrut xətlərində də elektron ödəniş sisteminə keçiləcək. Təxminən iki aya ikinci mərhələdə 100-150 avtobusumuz kart sisteminə qoşulacaq”.

Bununla yanaşı şirkət bu gün yeni İsuzu Citiport markalı 12 m yeni avtobusu ictimaiyyətə təqdim edib. Ümumiyyətlə yaxın vaxtlarda xətlərdə olan avtobusların yeni, müasir və 12 m avtobuslarla dəyişidirlməsini təmin edəcək. F. Seyidovun sözlərinə görə, ilin sonuna kimi bütün şəhərdaxili – 61, 65, 79, 85 və 96 nömrəli marşrut avtobuslar da yeni 12 metr-lik İsuzu markalı avtobuslarla əvəz olunacaq. Gələcəkdə əlavə xətlərin də açılması gözlənilir.

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdir müavini Mais Ağayev qeyd edib ki, vahid kart ödəmə sisteminə keçid Bakı Nəqliyyat Agentliyinin Bakı şəhəri ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlər qarşısında qoyduğu əsas tələbdir: “Bütün daşıyıcı şirkətlər bu tələbə əməl etməlidirlər. Qısa vaxt ərzində digər daşıyıcı şirkətlərin də vahid kart ödəmə sisteminə keçidi təmin ediləcək. Bu gün daha 6 marşrut xətti üzrə kart sisteminə keçid həyata keçirildi. Bununla da Bakı şəhərində kart sistemi ilə çalışan marşrut avtobusların sayı 15-ə çatdı. Digər daşıyıcı şirkətlərin də vahid kart sisteminə keçməsi üçün Bakı Nəqliyyat Agentliyi tam hazırdır”.

Qeyd edək ki, sərnişinlərin rahatlığını düşünən “Xaliq Faiqoğlu” şirkəti sosial layihə çərçivəsində sıxlıq təşkil edən dayanacaqlarda bu gün ərzində sərnişinlərə balansında 1 gediş haqqı (0.20 AZN) olan “Bakı Kart” ödəniş kartlarını hədiyyə edir. (qafqazinfo)

Avtobuslar “Bakı kart” sisteminə keçdi - FOTO

Avtobuslar “Bakı kart” sisteminə keçdi - FOTO

Avtobuslar “Bakı kart” sisteminə keçdi - FOTO

Avtobuslar “Bakı kart” sisteminə keçdi - FOTO

Avtobuslar “Bakı kart” sisteminə keçdi - FOTO

İnterpress.az