Buğdanın alış qiyməti qaldırıldıbackend

Buğdanın alış qiyməti qaldırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

\”Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi 21 iyun 2016-cı il tarixində Dövlət Taxıl Fondu üçün 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib.

Bildiririk ki, Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğdanın tədarükünün vaxtı 1 noyabr 2016-cı il tarixinədək uzadılıb. Həmçinin, yerli buğda istehsalçılarından qəbul olunan keyfiyyətli buğdanın qiyməti bir ton üçün 250 manatdan 270 manata qaldırılıb.

Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin www.fhn.gov.az saytına, 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə \”112\” qaynar xəttinə müraciət etmək olar\”, – deyə məlumatda bildirilir. (milli.az)

İnterpress.az