Bu haqda Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumatda bildirilib.
Məlumata görə, hadisə sentyabrın 1-də Dənizkənarı Milli Parkda (bulvar) qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini Müşfiq Kələntərov Səbail rayonundakı “Milli Park” ərazisində özünü dənizə atıb.
Meyit sudan çıxarılıb.
M.Kələntərovla yanaşı sentyabrın 1-də Bakı şəhər sakini Şahnaz Cəfərova da bulvarda özünü dənizə atıb. Ş.Cəfərova xilas edilərək xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
İnterpress.az