Sel suları çaylarda suyun səviyyəsini artırıbbackend

Sel suları çaylarda suyun səviyyəsini artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnterpress.az-a verilən xəbərə görə, sentyabrın 1-dən 2-nə keçən gecə Qəbələ və İsmayıllı rayonlarının ərazisindən axan Dəmiraparançaydan və Girdimançaydan qısamüddətli sel keçib.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 450-920, Kiçik Qafqazın çaylarında 110-140, Lənkəran-Astara bölgəsi çaylarında isə 180-200 faizini təşkil edir.

Sentyabrın 2-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 89 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 155 m3/s olmaqla ongünlük normanın 127 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 20 m3/s olmaqla, ongünlük normanın 27 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 83 m3/s olmaqla ongünlük normanın 114 faizini təşkil edib.

Sentyabrın 2-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Salyanda 10, Bankədə 39 və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 3 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 384 sm (2015-ci il sentyabrın 2-də 347 sm), Salyanda 174 sm (2015-ci il sentyabrın 2-də 140 sm), Bankədə 221 sm (2015-ci il sentyabrın 2-də 165 sm), Araz çayının Novruzlu məntəqəsində isə 93 sm (2015-ci il sentyabrın 2-də 68 sm) təşkil edir.

İnterpress.az