Xalq artisti xəstəxanaya yerləşdirilibbackend

Xalq artisti xəstəxanaya yerləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə M. Maniyevin həyat yoldaşı Nəsibə Maniyeva məlumat verib. Onun sözlərinə görə, sentyabrın 2-də xalq artistinin səhhəti qəfil pisləşib və onu Bakı Sağlamlıq Mərkəzinin Reanimasiya Şöbəsinə yerləşdiriblər. M. Maniyevin vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, M. Maniyev şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də xalq artistinin sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib. Xalq artisti M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.(apa)

İnterpress.az