Marneulidə qəbiristanlıqda yanğın olubbackend

Marneulidə qəbiristanlıqda yanğın olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə yerinə rayon mərkəzindən yanğın söndürmə briqadası çağırılıb.
Baş verən yanğının səbəbi haqqında məlumat verilmir.

Kənddə fəaliyyət göstərən məscidin mollası Xəmməd Muxayev sakinlərin köməyi ilə yanğının söndürüldüyünü bildirib: “Biz yanğının transformatora doğru istiqamətləndiyini görüb sakinlərin köməyi ilə onun genişlənməsinə imkan vermədik. Yanğınsöndürən maşın gəlincə qəbiristanlığın xeyli hissəsi yanıb”.
Qeyd edək ki, Baydar kəndinin qəbiristanlığı kəndin mərkəzi hissəsində, Qırmızı Körpüyə uzanan yolun kənarındadır. (apa)

İnterpress.az