Hadisə A.M.Şərifzadə küçəsi ev 10 ünvanının qarşısında qeydə alınıb.
Həmin ünvanda Bakı şəhər sakini 1966-ci il təvəllüdlü Ələkbər Abbasovun üzərində zoraklıq əlamətləri görünməyən meyiti aşkar olunub.
Ölümün səbəbinin müəyyənləşdirilməsi üçün Ə.Abbasovun meyiti Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Yasamal rayon şöbəsinə aparılıb. Faktla bağlı hüquq-mühafizə orqanları istintaq aparır. (report)
İnterpress.az