Özbəkistan hökuməti İslam Kərimovun ölüm xəbərini təsdiqlədibackend

Özbəkistan hökuməti İslam Kərimovun ölüm xəbərini təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə \”İnterfaks\” agentliyi Özbəkistan hökumətinin saytına istinadən məlumat yayıb. Xatırladaq ki, gün ərzində \”Reuters\” agentliyi üç diplomatik mənbəyə istinadən İ. Kərimovun vəfat etməsi barədə xəbər yaymışdı.

Qeyd edək ki, avqustun 28-də \”fergana.ru\” saytı İ. Kərimovun xəstəxana yerləşdirildiyi xəbərini verib. Eyni sayt bir gün sonra prezidentin öldüyünü bildirib. Lakin bu xəbər Özbəkistan hökuməti tərəfindən təsdiqlənməyib.

İslam Abduqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən bəri Özbəkistanı idarə edirdi. ( apa )

İnterpress.az