Peterburqda 4 “BMW”ni 100 saniyəyə oğurladılarbackend

Peterburqda 4 “BMW”ni 100 saniyəyə oğurladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə cümə axşamı, sentyabrın 1-də, baş verib. Polis şöbəsinə avtosalonun meneceri şikayət ərizəsi ilə müraciət edib.

Onun sözlərinə görə, üzləri bağlı olan dörd nəfər “test drive” üçün nəzərdə tutulmuş X6, X5 və beşinci və yeddinci seriya BMW markalı avtomobillərə yaxınlaşıblar.
Öz açarları qapıları açan soyğunçular avtomobilləri salondan çıxararaq naməlum istiqamətdə sürüblər.

Polis dərhal əməliyyat-axtarış tədbirlərinə başlasa da, cinayətkarları tutmaq mümkün olmayıb.
Bildirilir ki, şirkətə 19 milyon rubl dəyərində ziyan dəyib. Faktla bağlı cinayət işi açılıb. (ölkə.az)

İnterpress.az