İslam Kərimovun ölüm səbəbi açıqlandıbackend

İslam Kərimovun ölüm səbəbi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumatda bildirilir ki, Kərimov avqustun 27-i səhər saaatlarında təcili şəkildə Özbəkistan Səhiyyə nazirliyinin Mərkəzi xəstəxanasına gətirilib. Xəstəyə beyin qan dövranının kəskin pozulması (insult) diaqnozu qoyulub.

Məsləhətləşmələri dünyanın aparıcı klinikalarının mütəxəssisləri, o cümlədən akademik Leo Bokeriya — Bakulev adına Ürək-Damar cərrahiyəsinin Elmi Tədqiqat Mərkəzinin direktoru, professor Əmir Sami — Hannover beynəlxalq neyrocərrahiyə institutunun vitse-prezidenti və icraçı direktoru, professor Hüqo Katus — Heydelberq Universitet xəstəxanasının kardiologiya şöbəsinin müdiri aparıblar.

Qeyd olunur ki, Kərimovun xəstəxanaya yerləşdirildiyi vaxtdan vəziyyəti atonik koma kimi qiymətləndirilirdi.

Cümə günü, sentyabrın 2-də, saat 20.15 radələrində həkimlər İ.Kərimovun ürək fəaliyyətinin dayanması ilə ölüm faktını qeydə alıblar. ( oxu.az )

İnterpress.az