Türkiyə yas içində: bir gündə 15 şəhid, 34 yaralıbackend

Türkiyə yas içində: bir gündə 15 şəhid, 34 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Genelkurmay Başqanlığından verilən açıqlamada bildirilir ki, Hakkarinin Çukurca qəsəbəsində terrorçulara qarşı aparılan əməliyyatlar zamanı 7 əsgər şəhid olub, 21-i yaralanıb.

Terrorçular isə daha ağır itkilər verib. Belə ki, təkcə bu gün Çukurcada 104 terrorçu ölü olaraq ələ keçirilib. Dünən isə 30 terrorçu öldürülmüş, 33-ü isə yaralı olaraq yaxalanmışdı.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 07.45-də də Hakkarinın Çukurca qəsəbəsində terrorçularla atışma zamanı 3 əsgər şəhid olmuş, 3 əsgər isə ağır yaralınmışdı.
Hakkarinin Şemdinli qəsəbəsində də terrorçularla atışma olub. Terrorçuların qəfil atəş açması nəticəsində 5 əsgər şəhid olub, 6-sı yaralanıb. (qaynarinfo.az)

İnterpress.az