Türkiyə ordusuna məxsus 20 tank Suriyaya daxil oldubackend

Türkiyə ordusuna məxsus 20 tank Suriyaya daxil oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zirehli texnika Suriya Azadlıq Ordusunun nəzarət etdiyi əl-Rai kəndinə çatıb.

Hərbi texnikanın keçidi Türkiyə ərazisindən İŞİD qruplaşmasının əl-Rai kəndi yaxınlığında yerləşən mövqelərini sıx atəşə tutan reaktiv artilleriya vasitəsi ilə qorunub. Zirehli texnikanın sərhədi keçdiyi ərazidən 30 kilometr uzaqlıqda İŞİD qruplaşmasının Suriyanın şimalinda yerləşən əsas dayaq məntəqələrindən biri olan əl-Bab şəhəri yerləşir.
Xatırladaq ki, avqustun 24-də Türkiyə Silahlı Qüvvələri Suriya ərazisinə daxil olaraq Azad Suriya Ordusunun Cerablus qəsəbəsini İŞİD yaraqlılarından təmizləməsinə dəstək verib. (apa)

İnterpress.az