Oculus stansiyasının tikintisi 12 il çəkib. O, 11 metropoliten xəttini, şəhərkənarı dəmiryol stansiyasını və bərə keçidini birləşdirir. Buradan sutkada 250 minə yaxın sərnişinin keçəcəyi gözlənilir. Stansiya həm də Nyu-Cersiyə şəhərkənarı elektrik dəmiryolu xəttinə də xidmət göstərir və Ümumdünya Ticarət mərkəzi qüllələrinə piyada keçidini təmin edir.
Yeni fotolar binanın ifadəliliyini və layihənin konsepsiyasını ideal vurğulayır.
İnterpress.az