İcra başçısının qardaşı oğullarına cinayət işi açıldıbackend

İcra başçısının qardaşı oğullarına cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə AzNews.az-a hüquq müdafiəçisi Adəm Məmmədov məlumat verib. Vəkil qeyd edib ki, həmin şəxslərə qarşı hazırda Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində AR CM-nin 178.3.2 maddəsi ilə cinayət işi açılıb. A. Məmmədovun sözlərinə görə, bu kriminal dəstənin prokurorluq orqanında çox ciddi nüfuzlu himayədarı var: “Bu iş üzrə cinayət işinin başlanması üçün qərarda adları çəkilən qrup üzvləri aşağıdakılardır. Balayev Xəyyam Nazim oğlu, Əliyev Sahib Usub oğlu, Abdullayev Zaur Sabir oğlu və qardaşı Abdullayev Yalçın Sabir oğlu qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup halında vətəndaş M.Səfər qızının etibarından sui-istifadə edərək bahalı avtomobilini ələ keçirib. Üstəlik bu azmış kimi ona sonuncu pulu almadığı halda 300.000 manatlıq kredit müqaviləsini təhdidlə imzalatdırıblar. Ən təccüblüsü odur ki, el dili ilə desək “üç dənə biti” olmayan Sahib Əliyev pulun faktiki sahiblərinin göstərişi ilə bir gündə iki milyonluq beş müxtəlif əməliyyat həyata keçirib. Qeyri-rəsmi məlumatlara əsasən, pulun sahibi və işlərə rəhbərlik edən iş adamı kimi tanınan Abdullayev Yalçın Sabir oğlunun rəhbərliyi ilə həyata keçirilib”.

İcra başçısının qardaşı oğullarına cinayət işi açıldı

A.Məmmədov qeyd edib ki, araşdırmaya nüfuzlu və ciddi vəzifəli şəxsin təsiri var.

Qafqazinfo.az saytı cinayətdə adı keçən Abdullayev Zaur və Abdullayev Yalçın qardaşlarının Beyləqan rayonunun icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu olduğunu bildirilir.

İnterpress.az