Siqareti atanların çəkisi artırbackend

Siqareti atanların çəkisi artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, alimlərin fikrinə görə, nikotinin tərkibində aclıq hissini öldürən “grelin” maddəsi var.
“Apardığımız araşdırmalar, nikotinin tərkibindəki iştah öldürücü “grelin” maddəsi bədəndə olan enerji balansına güclü təsir etdiyini göstərir.
Hal-hazırda biz bu pis vərdişdən yaxa qurtarmaq üçün insanlara köməklik edirik, lakin siqaretin dayandırılması neqativ hallara qətirib çıxarır, məsələn cəmiyyətdə narahatçılığa səbəb olan artıq çəki problemi.
Statistikaya görə, tütündən imtina edənlər beş ildə 10 kq qədər artıq çəki yığırlar. Bundan ötrü də bir çox insan, əsasən də qadınlar siqaretdən imtina etməyə risk etmirlər.
Hal-hazırda biz alimlər gündəmdə olan bu problemin aradan qaldırılması üçün əlimizdən gələni edirik. Bizim məqsədimiz cəmiyyəti sağlam və xöşbəxt görməkdir” – bunu media işçilərinə öz açıqlamasında Afina Universitetinin professoru Konstantin Zaçxaru bildirib.

İnterpress.az