Türkiyə millisi Xorvatiyadan 1 xalla qayıdırbackend

Türkiyə millisi Xorvatiyadan 1 xalla qayıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2018-ci idə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində ilk turun oyunları davam edir. Modern.az saytı xəbər verir ki, bu gün Avropa zonasında daha 9 oyun keçirilib. D, İ və G qruplarında baş tutan qarşılaşmalarda 18 komanda mərhələyə uğurlu start verməyə çalışıb.

Ən maraqla gözlənilən qarşılaşmalardan biri İ qrupunda keçirilən Xorvatiya – Türkiyə oyunu olub. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Həmin qrupun Ukrayna – İslandiya matçında da eyni nəticə qeydə alınıb.

İlk dəfə beynəlxalq arenada rəsmi oyun keçirən Kosovo isə Finlandiya səfərində 1 xalla dönməyi bacarıb. Balkanlılar finlərin vurduğu bir qola eyni sayda qolla cavab verə biliblər.

İnterpress.az