Fazil Məmmədov Nəcməddin Sadıkovun oğlunu “vurdu”backend

Fazil Məmmədov Nəcməddin Sadıkovun oğlunu “vurdu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vergilər naziri Fazil Məmmədov müşavirlərinin sayını 8-ə endirib.

Məlumata görə, nazir müşaviri Məhəmməd Nəcməddin oğlu Sadıkovu vəzifəsindən azad edib. Bununla da vergilər nazirinin müşavirlərinin sayı 9-dan 8-ə enib.

Hazırda vergilər nazirinin müşavirləri Ələkbər Məmmədov, Riyad Hüseynov, Habil Məmmədov, İlqar Əhmədov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov və Rəşad Həbibovdur.

Məsələyə münasibət bildirən Vergilər Nazirliyindən verilən açıqlamada \”Məhəmməd Sadıkov artıq Nazirliyin əməkdaşı deyil\” deyə bildirilib.

Xatırladaq ki, Məhəmməd Sadıkov Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Sadıqovun oğludur.(report)

İnterpress.az