Abunə haqqını ödəməsəniz… – DƏYİŞİKLİKbackend

Abunə haqqını ödəməsəniz… – DƏYİŞİKLİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, telefonu bağlanan abunəçilər telefon qovşağı ilə əlaqə saxlayıb. ATS-dən verilən məlumata görə, xidmət borca görə dayandırılıb. Şikayət edən abunəçilərə bildirilib ki, bu vaxta qədər abunə haqqları ay sonunda ödənilirdisə, yeni qüvvəyə minmiş qərara görə xidmət haqqı hər yeni ayın ilk 5 gününə qədər ödənməlidir.

ATS-əməkdaşlarının verdiyi məlumata görə bu qərar Sentyabr ayından qüvvəyə minib və hər ayın ilk 5 gününə qədər telefon və internet xidmətinin aylıq ödənişini ödəməyən abunəçilərinin xəttləri kəsiləcək.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin telekommunikasiya sahəsində apardığı islahatların nəticəsi olaraq, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) cari il sentyabrın 1-dən etibarən internet və İPTV xidmətləri üzrə “öncədən ödəmə” sisteminin tətbiqinə başlanması ilə bağlı ictimaiyyətə məlumat verilib..

İnterpress.az