Dövlət çevrilişinə cəhd – Venesueladabackend

Dövlət çevrilişinə cəhd – Venesuelada

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Venesuela Dövlət Kəşfiyyat Xidmətinin rəhbəri Qonsales Lopes məlumat verib.
Həbs olunanlar Covanni Vaskes, Xeronimo Qonsales, Manuel Qonsales və Yel Mendesdir. Onlar sentyabrın 1-də müxalifətin keçirdiyi mitinq zamanı dövlət çevrilişi cəhdində ittiham olunurlar.

Ötən həftə paytaxt Karakasda müxalifət tərəfdarları küçələrə çıxaraq ölkə başçısı Nikolas Maduronun səlahiyyətlərinə son qoyulması üçün referendum keçirilməsini tələb ediblər. Müxalifətçilərin dediyinə görə, mitinqdə bir milyona yaxın, hökumətin veridiyi məlumata görə 25-30 min nəfər iştirak edib.

Xatırladaq ki, Venesuela prezidenti bir müddət öncə ölkədə dövlət çevrilişinə hazırlıq getdiyi barədə məlumat aldığını, dövlət çevrilişinə cəhd edənlərin isə Türkiyədəki qiyamçılardan daha sərt şəkildə cəzalandırılacağını bəyan etmişdi. (ölkə.az)

İnterpress.az