“Əfkan Ala Azərbaycana qaçacaqdı…”backend

“Əfkan Ala Azərbaycana qaçacaqdı…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi Əfkan Ala Azərbaycan daxili işlər naziri Ramil Usubovla Ankarada keçirdiyi görüşdən dərhal sonra işdən azad edilib. Ramil Usubov Fətullah Gülənin tərəfdarlarına-FETÖ-ya qarşı birgə mübarizə tədbirlərini müzakirə etmək üçün Türkiyəyə səfər etmişdi.

"Əfkan Ala Azərbaycana qaçacaqdı...”

Türkiyə mənbələrinin bildirdiyinə görə, Əfkan Alanın Ramil Usubovla danışıqlar apardığı saatlarda onun yerini tutacaq əmək və sosial təminat naziri Süleyman Soylu prezident Rəcəb Tayyib Ərdoğanın sarayına çağırılıb. Ona daxili işlər naziri təyin olunacağı bildirilib. Əfkan Alanın Ramil Usubovla görüşü başa çatandan az sonra ona vəzifəsindən azad edildiyi xəbəri çatdırılıb. Bu detallar Ərdoğana ən yaxın şəxslərdən hesab edilən Əfqan Alanın işdən azad edilməsinin nə dərəcə qəfil və təcili həyata keçirildiyini göstərir.

Erol Mütrecimler hesab edir ki, Əfkan Alanın işdən çıxarılmasında onun 15 iyul hərbi çevriliş cəhdi zamanı yol verdiyi şübhəli davranışların rolu olub. Məlumatlara görə çevriliş cəhdinin başladığı saatlarda Diyarbəkirdə olan daxili işlər naziri bir müddət telefonunu söndürüb və aeroportun anqarında gizlənib. Daha sonra təyyarə ilə Ankaraya doğru istiqamət alıb. Sonradan nazir müsahibə verərək deyib ki, həmin saatlarda Ankaraya enməyə çalışıb.

"Əfkan Ala Azərbaycana qaçacaqdı...”

Lakin Erol Mütrecimlərə görə keçmiş nazir yalan deyir. “Sən necə enəcəksən, havada F-16-lar o yan-bu yana uçur. FETÖ uğur qazansaydı Əfkan Ala ya Gürcüstana, ya
Azərbaycana qaçacaqdı. Mənim hərbi dairələrdəki mənbələrim deyir ki, İrana getməyi də nəzərdən keçirib, ancaq bunu ağlım kəsmir”-analitik bildirib. Onun fikrincə 99.9 faiz ehtimalla hazırkı Ankara bələdiyyə başqanı Melik Gökçək və İstanbul bələdiyyə başqanı Kadir Topbaş da FETÖ-ya görə həbs olunacaqlar. (virtualaz.org)

İnterpress.az