Məşhur “Bağdad” Nakam sevgiyə yazılıbmış – VİDEObackend

Məşhur “Bağdad” Nakam sevgiyə yazılıbmış – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Kim milyonçu olmaq istər\” televiziya yarışmasından tanıdığımız 68 yaşlı aktyor-rejissor Kənan İşıq 1981-ci ildə de Berill İşıq ilə evlənib. İddiaya görə, Kənan İşığın 2007-ci ildə tanış olduğu Ayla Çelik ilə gizli sevgi münasibətləri başlayıb. Ayla Çelik Kənan İşığın təkidi ilə söz yazıb, mahnı bəstələmək üçün ilk addımlarını atıb. Kənan İşıq 2012-ci ildə İstanbul Dövlət Teatrı üçün hazırladığı \”Antigone\” adlı tamaşasının musiqilərini də Ayla Çelikə yazdırıb.

Ayla Çelikin ona böyük şöhrət qazandıran \”Bağdad\” mahnısını da məhz böyük heyranlıq duyduğu Kənan İşığa yazdığı deyilir. Bir iddiaya görə, Kənan İşıq ilə Ayla Çelikin arasındakı yaxınlıq 2013-cü ilin oktyabr ayında başa çatıb. Kənan İşıq bundan 6 ay sonra, yəni 21 Mart 2014-cü ildə yıxılıb və beyninə qan sızıb.

Ayla Çelik 5 ay sonra Kənan İşığın reanimasiyada saxlanıldığı Nişantaşındakı Amerikan Xəstəxanasına gedib. Kənan İşığın xanımı Berill İşıq Ayla Çeliki görəndə əsəbiləşib. Hamının eşidəcəyi şəkildə bir reaksiya verib: \”Səni burada görmək istəmirəm, bir daha xəstəxanaya gəlmə\”.

Ayla Çelik göz yaşları içində xəstəxanadan ayrılıb.

Qeyd edək ki, hazırda evində mülaicə alan Kənan İşıq yeriyə və danışa bilmir. (moderator.az)

İnterpress.az