Öcalandan son mesaj – “Qanlar, gözyaşları…”backend

Öcalandan son mesaj – “Qanlar, gözyaşları…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, bununla bağlı dünən həbsxanada A.Öcalanla görüşən qardaşı Mehmet Öcalan mətbuata açıqlama verib.
M.Öcalan “Qardaşım dedi ki, bizim planlarımız var, əvvəlki prosesi biz bitirmədik. Altı ay ərzində problemi həll edərik. Bu kor bir savaşdır, artıq qanlar, gözyaşları dayansın”, – deyə bildirib.
O, qardaşının səhhətinin yaxşı olduğunu, hər hansı probleminin olmadığını da deyib.
Qeyd edək ki, ömürlük həbs cəzasına məhkum edilmiş PKK terror təşkilatının rəhbəri Abdulla Öcalana Qurban bayramı ilə bağlı ailə üzvləri ilə görüşməyə icazə verib.
A.Öcalan 1999-cu ildən Mərmərə dənizindəki İmralı adasında yerləşən həbsxanada cəza çəkir. (apa)

İnterpress.az