Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Hadisə sentyabrın 11-də saat 20:00 radələrində baş verib. Belə ki, Şamaxı şəhərində Yevlax şəhər sakini Şəhriyar Bağırzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Zöhrə Məmmədovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Interpress.az