Öldürülən İŞİD üzvləri arasında terror təşkilatının lideri Əbu Bəkr Bağdadinin məsləhətçisi Əbu İbrahim əl-Hədidi də var.
Onun da olduğu avtomobil karvanına Mosul yaxınlığında havadan hücum təşkil edilib. Eyni zamanda xəbər verilir ki, Mosul ətrafındakı bombardmanda İŞİD-in daha bir yüksək rütbəli şəxsi Visam İsmayıl əs-Subari də öldürülüb. Subari terrorçu-kamikadzelərin hazırlanması üçün cavabdehlik daşıyırmış. (trend)
İnterpress.az