Co Bayden Klintonu prezidentliyə namizəd kimi əvəz edə bilərbackend

Co Bayden Klintonu prezidentliyə namizəd kimi əvəz edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Modern.az xarici mediaya istinadən xəbər verir ki, xanım Klintonu müalicə edən həkim sətəlcəm diqanozu qoyub.

ABŞ-ın keçmiş dövlət katibi həkimlərin məsləhətinə qulaq asmayaraq 2001-ci il 11 sentyabr terror aktının qurbanlarının xatirəsini yad etmək üçün təşkil olunan mərasimə gedib. Hillari Klinton orada müvazinətini itirərək yıxılıb.

69 yaşlı Klintonun sağlamlığı ilə bağlı problemlərin olduğu haqda söz-söhbət əvvəllər də yayılıb. Ancaq onun tərəfdarları buna əhəmiyyət verməyiblər, xəbərləri “nəzəriyyələrlə sui-qəsd” adlandırıblar.
Sentyabrın 11-dəki situasiyadan sonra demokratlar yersiz suallara cavab verməli olacaqlar. Məsələn, əgər Klintonun səhhəti seçkilərə getməyə imkan verməzsə, nə baş verəcək, niyə namizəd dərhal xəstəliyi ilə bağlı danışmayıb?
Jurnalist Devid Şusterə partiyadakı mənbələrdən verilən məlumata görə, demokratlar təcili iclas çağıraraq Klintonun əvəzlənməsinin mümkünlüyünə baxacaqlar. Bu halda yeni namizəd seçimi yalnız keçmiş dövlət katibi öz namizədliyindən imtina edərsə baş verə bilər.
Hillari Klintonun hələ ki belə niyyəti yoxdur. İnsidentdən bir qədər sonra siyasətçi özü jurnalistlərə bəyan edib ki, özünü əla hiss edir.
Əgər Klinton seçkilərdə iştirakdan imtina edərsə, onu indiki vitse-prezident Co Bayden, yaxud praymerizdə uduzan Berni Sanders əvəz edə bilər. Partiyanın nizamnaməsinə görə, yeni namizəd demokratların Milli Komitəsinin nümayəndələrinin xüsusi görüşündə səs çoxluğu ilə müəyyənləşdirilməlidir.