Qarabağ – Slovan matçının biletləri sabahdan satışda olacaqbackend

Qarabağ – Slovan matçının biletləri sabahdan satışda olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, klubun rəsmi saytında verilən məlumata görə, biletlər 13 sentyabr saat 11:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.

Qiymətlər nömrəli sektorlara 1 manat, 10 manat və 20 manata, VİP biletlər isə 50 manatadır.

Qarşılaşmaya olan böyük maraq səbəbindən mümkün ola biləcək “qara bazar”ın fəaliyyətinin qarşısını almaq üçün “Qarabağ” futbol klubu azarkeşlərindən biletləri ən qısa müddətdə almağı və kənar şəxslər bilet almağı tələb edərsə, o zaman mühafizə xidmətinə xəbər verməyi xahiş edir.

Qeyd edək ki, “Qarabağ” – “Slovan” matçı sentyabrın 15-i saat 19:00-da “Dalğa Arena”da baş tutacaq.

Interpress.az